İspaniya nəhəngi "Barselona" A Seriyasında çətin günlər keçirən "İnter"dən futbolçu almağı planlaşdırır. Söhbət Mateo Kovaçiçdən gedir.
Katalon klubu Xorvatiya millisinin 20 yaşlı yarımmüdafiəçisinə Xavi Hernandes və Andres İnyestanın əvəzetməsi kimi baxır.
La Liqa nəhənginin idman direktoru Aryedo Brayda Milan klubundakı kolleqası Pyero Auzilio ilə danışıq aparıb. Transferin dəyərinin 40 milyon avro olduğu bildirilir.
FIFA tərəfindən transfer qadağası qoyulduğuna görə "Barsa" bu transferi 2016-cı ilin yanvarında reallaşdıra biləcək.