Bu dəqiqələrdə UEFA Çempionlar Liqası və Avropa Liqasının 1/4 finalının püşkatma mərasim ikeçirilir. Futbolinfo.az xəbər verir ki, qurumun İsveçrənin Nyon şəhərində yerləşən mənzil-qərargahında təşkil olunacaq tədbirdə artıq ÇL-in 1/4 final cütlükləri müəyyənləşib.
Maraqlıdı ki, ötən mövsüm finalda qarşılaşan Madrid nəhəngləri "Real" və "Atletiko" bu dəfə 1/4 finalda üz-üzə gələcək.
UEFA Çempionlar Liqası
1/4 final cütlükləri:
PSJ (Fransa) – Barselona (İspaniya)
Atletiko (İspaniya) – Real (İspaniya)
Portu (Portuqaliya) – Bavariya (Almaniya)
Yuventus (İtaliya) – Monako (Fransa)
Bu mərhələnin oyunları aprelin 14-15-i və cavab oyunları 21-22-də keçiriləcək.