Bu dəqiqələrdə UEFA Avropa Liqasının 1/4 finalının püşkatma mərasimi başa çatıb. Futbolinfo.az xəbər verir ki, qurumun İsveçrənin Nyon şəhərində yerləşən mənzil-qərargahında təşkil olunan tədbirdə AL-in 1/4 final cütlükləri müəyyənləşib.

Püşkatmanın nəticələrinə əsasən, 1/4 final cütlükləri aşağıdakı kimi formalaşıb:

 

UEFA Avropa Liqası
1/4 final mərhələsi
 
 
Sevilya (İspaniya) – Zenit (Rusiya)

Dnepr (Ukrayna)- Brügge (Belçika)

Dinamo (Kiyev, Ukrayna) – Fiorentina (İtaliya)

Volfsburq (Almaniya) – Napoli (İtaliya)

 

Avroliqada 1/4 finalın oyunları aprelin 16-ı və 23-də keçiriləcək. Aprelin 24-də turnirinin yarımfinal mərhələsinin püşkü atılacaq.
 
Shares: