Martın 17-dən etibarən Bakıda 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raund mərhələsinin 2-ci qrupunun oyunları keçirilir. Futbolinfo.az xəbər verir ki, UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Rəmiş Malıyev qrup oyunlarında iştirak edən Azərbaycan, Xorvatiya, Serbiya və Portuqaliya komandalarının üzvləri üçün danışılmış oyunlarla bağlı təqdimatla çıxış edib. 
Təqdimatın əsas məqsədi gənc futbolçulara danışılmış oyunların mahiyyəti barədə məlumat vermək və onları danışılmış oyunlardan qorumaq, çəkindirməkdi.
(affa.az)
Shares: