Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə Azərbaycan millisi çalışmalarını davam etdirir. Futbolinfo.az xəbər verir ki, komandamız toplanış çərçivəsində iki yoxlama oyunu keçirib.
Yaponiya yığmasına 1:3 hesabı ilə məğlub olan millimiz, Özbəkistan komandasına 3:2 hesabı ilə qalib gəlib. İlk oyunda futbolçularımızdan Zeynal Zeynalov fərqlənib. Özbəkistan millisinin qapısından isə topları Elvin Quliyev, Sabir Allahquliyev və Renat Sultanov keçirib.
(affa.az)
Shares: