Azərbaycan millisinin üzvü Emin Nurinin çıxış etdiyi “Kalmar” növbəti mövsüm üçün hazırlıqlarını davam etdirir. Futbolinfo.az xəbər verir ki, "qırmızı qardaşlar" hazırlıq çərçivəsində növbəti yoxlama oyununu keçiriblər.
İsveç çempionatının elitası sayılan Allsvenskan təmsilçisi Norveçin "Molde" klubu ilə üz-üzə gəlib. Görüş 1:1 hesablı bərabərliklə başa çatıb. Nuri də bu oyunda meydana çıxaraq, komandasına kömək edib.