İspaniya Kral Kubokunun finalçıları "Barselona" və "Atletik" final matçının "Santyaqo Bernabeu"da keçirilməsi üçün İspaniya Futbol Federasiyasına rəsmi sorğu göndəriblər. Futbolinfo.az xəbər verir ki, bu barədə "Marca" xəbər yayıb. Məsələdə həlledici qərarı sözügedən arenada ev oyunlarını keçirən "Real" qəbul etməlidi.
Qarşılaşma mayın 30-da oynanılacaq. Final görüşü "Valensiya" və ya "Sevilya"nın da stadionunda keçirilə bilər.
Daha əvvəl bildirilirdi ki, "Real" bu görüşün "Santyaqo Bernabeu"da oynanılmasına razı deyil.