Almaniya 2-ci Bundesliqasında 26-cı turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Toğrul Eratın şərəfini qoruduğu Düsseldorf "Fortuna"sı da növbəti matçına çıxıb.     
Sözügedən komanda doğma arenada "Darmştadt 98" klubu ilə qarşlaşıb. Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Ehtiyyat oyunçular skamyasında əyləşən Erat 69-cu dəqiqədə meydana çıxıb.       
Qeyd edək ki, "Fortuna" hazırda 39 xalla turnir cədvəlinin 5-ci pilləsində  qərarlaşıb.  
Shares: