Türkiyə PTT 1-ci Liqasında 25-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Vaqif Cavadovun şərəfini qoruduğu "Boluspor" da növbəti oyununa çıxıb.
Bolu təmsilçisi səfərdəi "Girəsunspor"la üz-üzə gəlib. Görüş 0:0 hesablı bərabərliklə başa çatıb. Cavadov isə qarşılaşmanı ehtiyat oyunçular skamyasından izləyib.
Qeyd edək ki, "Boluspor" 32 xalla 10-cu pillədə qərarlaşıb.