"Simurq"un aparıcı futbolçusu Draqan Çeran maraqlı açıqlamalar verib. Futbolinfo.az saytına danışan serbiyalı hüsumçu komandasının hazırkı durumunu dəyərləndirib.
O, Zaqatala klubunun hər iki yarışda da uğurlu nəticələr qazana biləcəyini deyib: "Ötən tur "Bakı" ilə səfər oyununda inamlı qələbə qazandıq. Düşünürəm ki, belə davam etsək, daha yaxşı nəticə əldə edəcəyik. Həm çempionatda, həm də ölkə kubokunda uğur əldə edəcəyimizə inanıram".
Çeran "Simurq"un sahibi Cahangir Hacıyevin  Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri postundan istefa verməsi ilə bağlı da fikir bildirib: "Cahangir Hacıyevin vəzifəsindən getməsi həm "İnter"ə, həm də "Simurq"a pis təsir edəcək. Bu, təsirsiz ötüşməyəcək. Biz cari mövsüm yaxşı çıxış edirdik, amma bu xəbər kefimizi korladı. Bundan sonra necə olacağını bilmirəm. Yaşayıb, görəcəyik. "Simurq"la bir ildən artıq müqaviləm var".
ZAMİN ALLAHVERDİYEV
Shares: