"Mançester Yunayted"in hücumçusu Radamel Falkao yay "transfer pəncərəsi" zamanı "Yuventus"a mümkün keçidi haqda yayılan xəbərlərə münasibət bildirib. Futbolinfo.az xəbər verir ki, müqavilə ilə "Monako"ya məxsus olan kolumbiyalı ölkəsinin "Radio Caracol" radiosuna bunları dəyib:
 
"Yuventus" mənimlə maraqlanır? İndi bu cür xəbərlər çox yayılır, amma mən hazırda 100 faiz bütün diqqətimi "Mançester Yunayted"ə yönəltmişəm".
 
Qeyd edək ki, Falkao bu mövsüm Premyer Liqada  19 matçda 4 qol vurub və 5 qol ötürülməsi verib.
Shares: