Bu gün AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin iclası keirilib. Futbolinfo.az xəbər verir ki, iclasda AZAL-ın futbolçusu  Rəşad Abdullayev barədə müraciətə baxılıb. 
Müzakirələrdən sonra AFFA-nın İntizam Komitəsi bu barədə heç bir dəyişiklik etməyib və qərar qüvvədə qalıb.
Qeyd edək ki, AZAL-ın 2:0 hesabı ilə qələbə qazandığı qarşılaşmanın 86-cı dəqiqəsində Rəşad Abdullayev rəqib futbolçunu təhqir etdiyi üçün qırmızı vərəqə almış və 3 oyunluq cəzalandırılmışdı.
(affa.az)
Shares: