Türkiyə mətbuatı Azərbaycan millisinin futbolçusu Mahir Şükürovu sərt şəkildə tənqid edib. Futbolinfo.az xəbərverir ki, qardaş ölkədən olan həmkarlarımız onu yalançılıqda ittiham edib.
Belə ki, Malta ilə oyun üçün millimizin heyətinə cəlb olunan futbolçu hələdə klubu “Karşıyaka”ya qayıtmayıb. Bu isə türkiyəli jurnalistləri və yerli futbol ictimaiyyətini qəzəbləndirib. Həmin mətbu orqanda qeyd olunur ki, Mahir artıq ikinci dəfədi ki, bunu təkrarlayır. Həmkarlarımız onun Norveçlə oyunöncəsi milliyə tez qoşulmaq üçün “Samsunspor”la (noyabrda) oyunda qəsdən sarı vərəqə alaraq cəzalı vəziyyətə düşməsini də qeyd ediblər. Mahir bu dəfə də pasportu ilə bağlı problem yarandığını və vəsiqənin vərəqinin bitdiyini əsas gətirərək komandasına gec qatılmaq niyyətindədi.
Qeyd edək ki, martın 28-də millimiz Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Malta ilə oyunda 2:0 hesabı ilə qalib gəlib. Şükürov bu görüşdə 90 dəqiqə ərzində ehtiyatda qalıb. Onu da əlavə edək ki, Azərbaycan mətbuatı da Mahir bu tipli hərəkətlərinə görə tez-tez tənqid edir.