Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki ölkəsi Xorvatiyanın mətbuatına müsahibə verib. Futbolinfo.az xəbər verir ki, Prosineçki Malta üzərində qazanılan qələbə ilə yanaşı seçmə mərhələdə Norveç və Xorvatiyaya qarşı keçiləcək oyunlardan danışıb:
– AÇ-2016-da ilk qələbənizi Malta üzərində qazandınız. Oyunla bağlı fikirlərinizi bilmək istərdik?
– Maltaya qarşı ilk hissədəki oyunumuz çox yaxşı alındı, bunu sizdə gördünüz. Ardıcıl 4 məğlubiyyətdən sonra bunu bacarmaq asan məsələ deyildi. Bu qələbə sayəsində komandaya özünəinamını qaytarmaq baxımından çox vacib idi. Uşaqlar doğru hərəkət etdilər. Biz taktiki cəhətdəndə oyuna hazır idik. Düzü, ikinci hissədə qələbəni əldən verməkdən çəkindik. Bu, normal haldı. Maltanı zəif rəqib kimi qiymətləndirmək düzgün deyil. Onla Xorvatiya ilə oyunda yaxşı mübarizə apardılar. Müdafiədə yaxşı təsir bağışlayırlar. İndi isə hücumlarında Alfred Effionq kimi təhlükə yarada biləcək futbolçu var.

– Azərbaycan millisində bir neçə yeni futbolçu var idi. Ruslan Qurbanov da Maltaya ilə oyunda çıxış etdi…
– Bir neçə futbolçu var idi ki, məndən öncə milliyə dəvət olunmamışdı. Özünü yaxşı tərəfdən göstərənlərə şans vermək istədim. O futbolçular millidə oynamağa layiqdilər.

– Seçmə mərhələdə növbəti matçınız səfərdə Norveç millisinə qarşı olacaq. Uğurlu nəticə əldə edəcəyinizə inanırsınız?
– Əgər bu tempdə davam etsək, niyə də olmasın. Norveçlə oyuna yaxşı hazırlaşmaq üçün kifayət qədər vaxtımız var. Əminəm ki, onları təəccübləndirə bilərik. Bu komandaya qələbə ruhunu aşılamaq lazımdı.

– Xorvatiya millisi Norveçi böyük hesabla məğlub etdi. Belə nəticəni gözləyirdiniz?
– Etiraf edim ki, Xorvatiyanın belə böyük fərqlə qələbə qazanacağını gözləmirdim. Məncə, bu, obyektiv göstərici deyil. Ancaq Xorvatiya ən güclü komandalardan biridi və bu oyunda qalib gəlməsi gözlənilən idi. Xorvatiya millisi həmişə ulduz futbolçulardan ibarət olub və favoritlər arasında yer alıb.

– Sentyabrda Xorvatiya ilə qarşılaşacaqsınız. Xorvatların asanlıqla qələbə qazanacaqlarını düşünmək olar?
– Düzdü, həmin oyunda Xorvatiya favorit olacaq. Düşünürəm ki, onlara ciddi müqavimət göstərə biləcəyik. Onu da deyim ki, onlara Bakıda heç də asan olmayacaq.