Türkiyənin futbol üzrə həvəskarlar liqasında maraqlı hadisə yaşanıb. Futbolinfo.az xəbər verir ki, “Yağçılar” və “Həmzəbəyli” komandalarının oyununda hakim 15 futbolçuya  qırmızı vərəqə göstərib. 
Buna səbəb matçın 89-cu dəqiqəsində edilən kobudluq olub. Epizoddan sonra iki komandanın oyunçuları əlbəyaxa dava edib. Hakim “Yağçılar”ın 7, “Həmzəbəyli”nin 8 futbolçusuna qırmızı vərəqə göstərib. Bununla da oyun təxirə salınıb.
Shares: