“Topaz” qanuni mərc oyunlarının təşkilatçısı kimi rəsmən fəaliyyətə başlayanda “qara bazar”ın da qara günləri başladı. Ölkəmizdə “Topaz”a qədər fəaliyyət göstərən bütün bükmeker kontorlarınınn kitabı bağlanıldı, onların fəaliyyətinə böyük ölçüdə son qoyuldu. Qeyri-leqal fəaliyyət göstərənlər isə hüquq-mühafizə orqanları tərəfindən aşkarlanaraq, məsusliyyətə cəlb olundu və zamanla bu proses davam etməkdədi.
Nəzərə alaq ki, “qara bazar”da çalışanlar kifayət qədər yaxşı gəlir əldə etsələr də, dövlət büdcəsinə bir qəpik də vergi ödəmir, qazanc kimlərinsə cibinə axır. Ancaq “Topaz”ın “rəqibləri” açıq şəkildə fəaliyyət göstərməyə çəkinir. Məsuliyyətin ciddiliyini başa düşsələr də, daha çox pul qazanmaq istəyi onları riskə atılmağa vadar edir. Və bunun üçün müxtəlif yollara əl atmaqdan belə çəkinmirlər. Bunlardan biri də “Topaz”ın reklam və bannerlərindən istifadə edib, müştəriləri “qara bazar”a cəlb etməkdi.
Əməkdaşımız belə bir obyekti metronun “Gənclik” stansiyasına yaxın yerdə aşkarlayıb. Atatürk prospekti, 23-26 ünvanında yerləşən obyektin önünə “Topaz”ın reklamı vurulsa da, içəri daxil olanda bu qanuni mərc oyunundan hər hansı bir əsər-əlamət görünmür. “Topaz” adı altında obyektin içində “qara bazar”ın fəaliyyəti “göz oxşayır”. Məsələ burasındadı ki, “Topaz”ın reklamına aldanıb, içəri daxil olanlar loto, virtual futbol və digər qumar oyunlarını gördükdən sonra pul qazanmağın asan olduğunu düşünüb, geri qayıtmaq istəmirlər. Necə deyərlər, “qara bazar” “Topaz”ın qanadları altında inkişaf edir…
Shares: