Türkiyənin "Fənərbaxça" klubu rumıniyalı baş məşqçi Mirça Luçesku haqda bəyanat yayıb. Futbolinfo.az xəbər verir ki, İstanbul təmsilçisi Luçesku ilə heç bir anlaşmanın olmadığını bildirib.
Klubdan verilən rəsmi açıqlamada bu tipli xəbərlərin yalan olduğu bildirilib: "Daha öncə də bu cür xəbərlərin yalan olduğunu bildirmişdik. Hazırda da Mirça Luçesku ilə aramızda heç bir görüş, razılaşma olmayıb".
Xatırladırıq ki, son günlər yerli və əcnəbi mətbuat "Fənərbaxça"nın Mirça Luçesku ilə danışıqlar apardığı barədə məıumat vermişdi.