“Sumqayıt”dan qulaq gündə bir söz eşitməsə, kar olar. Nə yazıq ki, eşitdiklərimiz yalnız xoşagəlməz məsələlərlə bağlıdı. Budəfəki isə biabırçılığın son həddidi.
Belə ki, klubun ev oyunlarını keçirdiyi “Kapital Bank Arena”nın mühafizəsini təşkil edən işçilər məlum olmayan səbəbdən fevral ayının ortalarında vəzifələrindən xaric edilib. Əldə etdiyimiz məlumata görə, həmin ayın digər qalan günlərinin maaşını isə klub rəhbərliyi öz cibinə qoyub, yeni işçilər martın əvvəlindən işə başlayıb.
Maraqlıdı, keşikçilər işdən çıxardılıbsa, bəs stadionu ötən ay kimlər qoruyub? Kreativ düşüncələri ilə seçilən klub prezidenti Kamran Quliyev bu məsələyə də öz tərzincə yanaşıb. O, uşaq komandalarında çalışan məşqçiləri növbəli olaraq gecə stadiona nəzarət etməyi tapşırıb. Məşqçilər də bir tikə çörəyin xətrinə buna razı olmaq məcburiyyətində qalıb və hərəsi bir gecəni “qüllə”də keçirib.
Shares: