Bu gün Dövlət Neft Şirkətinin binasında baş tutan iclasda “Neftçi”nin Müşahidə Şurasının tərkibi təsdiqlənib. Futbolinfo.az xəbər verir ki, iclasdan sonra jurnalistlərə açıqlama verən şirkətin rəhbəri, AFFA prezidenti Rövnəq Abdullayev "Neftçi" İdman Sağlamlıq Cəmiyyətinin yaradıldığını və Müşahidə Şurasının da həmin qurumu tərkibində faəliyyət göstərəcəyini bildirib.
Federasiya rəhbəri xalq yazıçısı Çingiz Abdullayevin şuranın sədri, Bəhram Bağırzadə, Səməd Qurbanov, Mübariz Zeynalov, Cəbrayıl Məmmədov, Sadıq Sadıqov və Zaur Qəhrəmanovun şuranın üzvləri təyin olunduğunu deyib.
Qeyd edilib ki, “Neftçi” futbol klubunun idaretməsi Müşahidə Şurasında olacaq.
Shares: