"Mançester Yunayted" yayda "Real"ın cinah müdafiəçisi Fabio Koentraunu transfer etməyə çalışacaq. Futbolinfo.az xəbər verir ki, 2013-cü ildə portuqal müdafiəçini heyətə qatmağa yaxın olsa da, oyunçu Madriddə qalmağı seçmişdi. 
AS nəşrinin yazdığına görə, Koentrao açıqlamasında İngiltərə klubunda çıxış etməyi şərəf adlandırıb: "Artıq həmin klubda oynamağa laqeyd olmadığımı demişəm. MY dünyanın ən yaxşı klublarından biridi. Orda çıxış etmək şərəf olardı. Hamı bilir ki, "Benfika" mənim evimdi. Buna baxmayaraq, "Real"la hələ 4 illik müqaviləm var".
Shares: