“Neftçi” klubunda prezident vəzifəsinin ardınca, vitse-prezident vəzifəsi də ləğv olunub. Futbolinfo.az xəbər verir ki, bu postda əyləşən Elnur Məmmədov isə yeni vəzifəyə təyin olunub.
O, Müşahidə Şurasının qərarına əsasən, bundan sonra klubun icraçı-direktoru olacaq. Məmmədov klubun idarəetmə sistemini həyata keçirəcək.
Müşahidə Şurasının tapşırığına əsasən, icraçı-direktor klubun yeni strukturunu bir ay müddətinə hazırlamalı və təsdiq üçün təqdim etməlidi. Bundan əlavə, ilk olaraq klubun məhdud məsuliyyətli cəmiyyətdən açıq səhmdar cəmiyyətinə keçidi və səhmlərin buraxılaraq ictimaiyyətə təqdim olunması nəzərdə tutulub.