“Neftçi” klubunun Müşahidə Şurasının üzvü Bəhram Bağırzadə açıqla verib. Futbolinfo.az xəbər verir ki, tanınmış aktyor bu işi bacardığını bildirib:
“Uzun müddətdi klubların, yığmanın oyunlarını izləyirəm. Artıq 35 ildi "Neftçi"nin azarkeşiyəm. Heç ağlıma da gəlməzdi ki, vaxt gələcək, bu klubda işləyəcəm. Mən azarkeşləri stadiona cəlb etməyin yollarını bilirəm. 15 yaşımda bir sektora dirijorluq edirdim. Ona görə də, belə şeylərdən xəbərim var. Çingiz Abdullayevdən 15 il sonra mən onun oxuduğu məktəbdə təhsil almışam. Rövnəq müəllimin dediyi kimi, klubların adlarını məhəllələrlə bağlasaq, oyunlara daha çox azarkeş gələr. "Neftçi"nin oyunlarına 8-ci km qəsəbəsindəki azarkeşləri cəlb etmək lazımdı. Bunun üçün işlər görəcəyik”.
Shares: