"Qaradağ Lökbatan" klubunun prezidenti Tahir Mustafayevin futbolinfo.az saytına müsahibəsi:
– Azərbaycan çempionatının 1-ci divizionunun 21-ci turunda "Qaradağ Lökbatan" çempionatın zəiflərindən olan MOİK-ə 0:1 hesabı ilə məğlub oldu. Klub rəhbəri kimi bu oyunun nəticəsi sizə şübhəli gəlmədi?
– Birinci dəfə deyil ki, güclü zəifə uduzur. Futbolda belə şeylər çox olub. Bu hal Madrid "Real"ında, "Barselona"da, "Mançester Yunayted"də də olur. "Qarabağ"da məğlub olur. Ona görə şübhə yaranmalıdı? Dünyada o qədər belə nəticələr olur. Bunu hansısa saytda yazmışdılar. Başa düşmədim mövsümdə bir dəfə sensassiya olur, ona da nədənsə şübhələnmək lazımdı?

– Ümumiyyətlə, komandanın həmin oyunundan razı qaldınız?
– Komanda həmin oyunda çox yaxşı təsir bağışladı. Digər oyunlarımıza baxanda bu oyunda daha yaxşı çıxış etdik. Sadəcə, bəxt bizdən üz döndərmişdi.

– Komandanın baş məşqçisi Əfqan Talıbovla danışmaq istəsək də, o, suallara cavab vermək istəmədiyini bildirdi. Klub rəhbəri olaraq bunun səbəbini bilmirsiz?
– İş orasındadı ki, nəsə yazıblar, sonra Əfqan müəllimə zəng edirlər. Mən başa düşmürəm ki, bu xəbər haradan sızıb. Niyə belə şeylər çıxır, bilmirəm. Təxmini bilirəm ki, bu, kimlərin işidi. Nəsə yazanda gərək qarşı tərəfində fikirlərini öyrənəsən. Bu, mənim çox xətrimə dəydi. Bu, 26 futbolçunun haqqını yeməkdi. Ortada bir fakt da yoxdu. Mən də çox şey deyə bilərəm. Həmin oyunda mən heç kimi görmədim. Kim yazıbsa, o, heç MOİK-lə oyun baxmayıb. Əsassız nəsə demək düzgün deyil. Rəqibin qapıçısı nə qədər top çıxartdı. Bəxtləri gətirdi, qalib gəldilər.

– Futbolçuların qəsdən uduzduqları deyilir. Səbəbi isə əvvəlki baş məşqçi Adil Mahmudovun komandaya yenidən gətirilməsi göstərilir…
– Futbolçunun istəməyi ilə deyil. Futbolçu məşqçi təyin edə bilməz. Başını aşağı salıb, futbolunu oynasın. Görsək ki, futbolçu oynamaqdan çox başqa şeylə məşğuldu – cəzasını alacaq, hətta komandadan uzaqlaşdırılacaq. Özüm də futbol oynamışam. Futbolçunun addım atmağından bilirəm ki, burada söhbət nədən gedir. Sizə əminliklə deyə bilərəm ki, "Qaradağ Lökbatan"da heç bir futbolçu özbaşına hərəkət edə bilməz. Əfqan müəllimin özü də gözəl bilir ki, hansı futbolçu necə çıxış edir. Onu da qeyd edim ki, MOİK-lə oyunda bir futbolçumuzun barmağı sınıb.

ZAMİN ALLAHVERDİYEV