Ötən gecə dünyanın yaşıl meydanlarında bir sıra yoldaşlıq görüşləri keçirilib. Futbolinfo.az xəbər verir ki, oyunlar arasında son mundialda ən maraqlı matçlardan birikimi yadda qalan Hollandiya və İspaniya milliləri yenidən üz-üzə gəlib. Hollandlar rəqibinə 2 cavabsız qolla qalib gəlməyi bacarıb.
İtaliya millisi doğma meydanda İngiltərə ilə münasibətlərinə aydınlıq gətirib. Qarşılaşmada qalib müəyyənləşməyib.
Türkiyə isə Lüksemburqa 2:1 hesabı ilə qalib gəlib.
Nəticələrlə tanış olun:
31 mart
İsveçrə – ABŞ – 1:1
Qollar: Stoker, 80 – Şea, 45.
Rusiya – Qazaxıstan – 0:0
İsveç – İran – 3:1
Qollar: İbrahimoviç, 11. Nekounam, 24. Tayvonen, 89 – Berq, 21.
Ukrayna – Latviya – 1:1
Qollar: Yarmolenko, 35 – Maksimenko, 90+2.
Lüksemburq – Türkiyə – 1:2
Qollar: Mutş, 32 – Erdinc, 4. Çalhanoğlu, 87.
Avstriya – Bosniya və Hersoqovina – 1:1
Qollar: Janko, 35 – Hayroviç, 48.
Slovakiya – Çexiya – 1:0
Qol: Duda, 49.
İtaliya – İngiltərə – 1:1
Qollar: Pelle, 29 – Taunsend, 79.
Hollandiya – İspaniya – 2:0
Qollar: De Vrij, 13. Klaassen, 16.
Portuqaliya – Kape-Verde – 0:2
Qollar: Fortes, 38. Gege, 43.