"Simurq"un prezidenti Anar Bəkirov əsas komandanın üzvləri ilə iclas keçirib. Futbolinfo.az xəbər verir ki, klub rəhbərliyinin, məşqçilər korpusunun və futbolçuların iştirak etdiyi görüşdə qarşıdakı oyunlar müzakirə edilib.
İclasda Bəkirov son zamanlar "Simurq"la bağlı mətbuatda gedən yazılara aydınlıq gətirərək bildirib ki, heç bir kənar təsir komandanın qarşısına qoyduğu hədəfə çatmağa mane olmamalıdı. Hər bir kəs işinə köklənməli və yaxşı nəticə qazanmaq üçün sona qədər mübarizə aparmalıdır. O qeyd edib ki, "Simurq"un gələcəyi ilə bağlı səslənən fikirlər həqiqəti əks etdirmir və yaxın zamanlarda bütün qaranlıq məsələlərə aydınlıq gətiriləcək. Komandanın maliyyə cəhətdən heç bir probleminin olmadığını diqqətə çatdıran klub prezidenti, futbolçulardan qarşıdakı oyunlarda mütləq nəticənin qazanmalı olduqlarını vurğulayıb və onlara uğurlar arzulayıb.
Qeyd edək ki, "Simurq"un sahibi Cahangir Hacıyevin Azərbaycan Beynəlxalq Bankındakı vəzifəsində istefasından sonra Zaqatala təmsilçisinin dağılacağı deyilir.
(Klub saytı)