İspaniyanın "Barselona" klubu baş məşqçisi Luis Enrike ilə müqaviləni yeniləyəcək.  Futbolinfo.az xəbər verir ki, rəhbərlik çalışdırıcıya yayda yeni müqavilə təklif etmək fikrindədi. 
Yerli mətbuatın yazdığına görə, bu qərar "El Klasiko"dakı qələbədən sonra qəbul olunub. Komandanın mübarizə apardığı hər 3 turnirdə uğurlu çıxış etməsi rəhbərliyi qane edir.
Qeyd edək ki, Enrikenin hazırkı müqaviləsi 2016-cı ilin yayına qədər nəzərdə tutulub. Razılıq əldə olunacağı təqdirdə müddətin daha bir il uzadılacağı gözlənilir.
Shares: