Braziliyalı futbol agenti Vaqner Ribeyro milli ilə bağlı maraqlı məqama toxunub. Futbolinfo.az xəbər verir ki, o, yığma komandaya pul verib, düşməyin mümkün olduğunu bildirib: 
“Bir sxem mövcuddu ki, ona uyğun olaraq oyunçunu pul müqabilində Barziliya yığmasına dəvət edə bilərlər. “Sport” klubunun prezidenti etiraf edib ki, öz oyunçusunun yığmaya dəvət olunması üçün pul ödəyib. Belə hallar mövcuddu, lakin mən sübut edə bilmərəm. Həm də bilirəm ki, gənc futbolçular prezident və məşqçilərə pul verirlər ki, onları heyətə qəbul etsinlər”.
Shares: