Bu gün Topaz Premyer Liqasında 27-ci turun oyunlarına start verilib. Futbolinfo.az xəbər verir ki, "Simurq" evdə AZAL-ı 1:0 hesabı ilə məğlub edib.
Zaqatala şəhər stadionundakı qarşılaşmadan sonra baş tutan mətbuat konfransında qonaq komandanın baş məşqçisi Tərlan Əhmədov məğlubiyyəti belə şərh edib:
“Hər iki komandanın ifasında mübarizəli oyun getdi. Futbolçulara demişdim ki, bu tip oyunlarda görüşün taleyini bir səhv həll edir. Rəqib şanslarından daha yaxşı yararlandı. Biz penaltini dəqiq yerinə yetirsəydik, hər şey fərqli ola bilərdi. Məğlubiyyətə görə günah məndədi. Yəqin ki, komandanı oyuna yaxşı kökləyə bilməmişəm. Futbolçuların mübarizəsindən razıyam. Bizim hələ ki, şansımız var. Çətin oyunlardan qalib ayrılıb, məqsədə çata bilərik. Oyunda verilən penalti qərarlarına gəlincə, bu barədə geniş danışmaq istəmirəm. Epizoda daha yaxın olan şəxs hakimdi. Onun işinə isə müvafiq qurumlar qiymət verir”.
(pfl.az)