Bu gün Topaz Premyer Liqasında 27-ci turun oyunları start götürüb. Futbolinfo.az xəbər verir ki, "Neftçi" doğma arenada autsayder "Bakı"nı qəbul edir.
Fasilə zamanı "Neftçi"nin Müşahidə Şurasının üzvü, veteran futbolçu Mübariz Zeynalov açıqlama verib:
"49 ildən sonra burada olmaq çox xoşdu. Öz təcrübələrimizdən yararlanacağıq. Mənim görmək istədiyim "Neftçi" ürəyimdədi. Görüləsi işlər çoxdu. Dünən təqdimat oldu. Ayın 3-ü toplantı olacaq. Onda bilinəcək ki, kim hansı işi görəcək. Həmin gün futbolçularla görüşmək istəyirik. Fikirlərimiz, təkliflərimiz olacaq. Azarleşləri stadiona cəlb etmək lazımdı. İctimaiyyətlə ünsiyyətdə olmaq lazımdı. "Neftçi"ni daha yaxşı etmək üçün çalışacağıq".