Bu gün Topaz Premyer Liqasında 31-ci tura start verilib. Futbolinfo.az xəbər verir ki, "Xəzər Lənkəran" doğma arenada "Qəbələ"ni qəbul edir.
Hazırda Lənkəran şəhər stadionunda keçirilən oyundan əvvəl maraqlı hadisə yaşanıb. Həmin stadiona ezam olunmuş əməkdaşımızın verdiyi məlumata görə, qonaq komandanın futbolçuları 25 aprel "Oxu günü" ilә bağlı plakatla meydana çıxıblar.
Bundan əlavə, qarşılaşmaya maraq da azdı. Hava günәşli olsa da, tribunada az sayda tamaşaçı var. Oyunu stadiondan tәxminәn 1000-ә yaxın fanat izlәyir.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp