Bu gün Topaz Premyer Liqasında 31-ci tura start verilib. Futbolinfo.az xəbər verir ki, "Xəzər Lənkəran" doğma arenada "Qəbələ"ni qəbul edir.
Hazırda Lənkəran şəhər stadionunda keçirilən oyunda gərgin anlar yaşanıb. Həmin stadiona ezam olunmuş əməkdaşımızın verdiyi məlumata görə, meydan sahiblәrinin hücumçusu Ağabala Ramazanovun rәqibin müdafiәçisi Rikardinyonu yerә yıxmasından sonra tərəflər arasında mübahisә düşüb. 
Cәnubluların futbolçuları yerә yıxılan braziliyalının ayağa tez qalxmasını istәsә dә, o, bunu etmәyib. Nәticәdә qәbәlәli futbolçular da mübahisәyә girişib. Hәtta yerli azarkeşlәr dә ayağa qalxaraq, rәqib futbolçuları fitә basıb. Sonra matçın baş hakimi Rәhim Hәsәnov aranı sakitlәşdirib.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp