Bu gün Topaz Premyer Liqasında 31-ci tura start verilib. Futbolinfo.az xəbər verir ki, "Qəbələ" səfərdə "Xəzər Lənkəran"ı 1:0 hesabı ilə məğlub edib.
Lənkəran şəhər stadionundakı qarşılaşmadan sonra baş tutan mətbuat konfransında açıqlama verən ev sahibi komandanın baş məşqçisi Elbrus Məmmədov məğlubiyyəti belə şərh edib:
"Qәbәlә"ni tәbrik edirәm. Yaxşı komandaları var. Mәnim isә etirazım var. Bilmirәm, mәni cәzalandıracaqlar, ya yox. Amma hakimlәr bu gün bizә qarşı çox haqsızlıq etdilər. Biz hәr zaman oyunlara baxırıq. İlk dәqiqәlәrdәn mәrkәz müdafiәçilәrinә sarı vәrәqә vermәzlәr. Bizim komandada gәnclәr oynayır. Onları belә qәrarlarla "sındırmaq" olmaz. Gәnclәrә qarşı haqsızlıq düzgün deyil axı. Sanki, bu gün biz qonaq komanda idik, "Qәbәlә" ev sahibi. Belә olmaz".
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp