Bu gün Topaz Premyer Liqasında 31-ci tura start verilib. Futbolinfo.az xəbər verir ki, “Sumqayıt” evdə “Simurq” üzərində 1:0 hesablı qələbə qazanıb.
"Kapital Bank Arena"dakı qarşılaşmadan sonra keçirilən mətbuat konfransında açıqlama verən ev sahibi komandanın baş məşqçisi Aqil Məmmədov qalibiyyəti belə şərh edib:
“Simurq”a qarşı oyunlarımız həmişə ağır keçib. Bu gün keçirilən oyuna yaxşı hazırlaşmışdıq. Bütün kollektiv qələbəyə köklənmişdi. Uzun fasilədən sonra qələbə qazandığımız üçün şadam. Azarkeşləri, oyunçuları təbrik edirəm. Düşünürəm ki, bu qələbə bizə qara zolaqdan çıxmaq üçün əlavə üstünlük verəcək”.
(pfl.az)
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp