Türkiyə PTT 1-ci Liqasında 29-cu turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Vaqif Cavadovun şərəfini qoruduğu "Boluspor" da növbəti matçına çıxıb.
Sözügedən komanda doğma azarkeşlər önündə digər azərbaycanlı futbolçu Cəmşid Məhərrəmovun çıxış etdiyi "Adanaspor"la üz-üzə gəlib. Görüş ev sahibi komandanın 3:1 hesablı qələbəsi ilə başa çatıb. Ehtiyyat oyunçular skamyasında əyləşən Məhərrəmov meydana çıxmayıb. Hücumçumuz isə sonradan oyuna daxil olaraq 90+5-ci dəqiqədə komandasının üçüncü qolunu vurub.
Qeyd edək ki, "Boluspor" 35 xalla 12-ci, "Adanaspor" isə 35 xalla 14-cü pillədə qərarlaşıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp