Bu gün Topaz Premyer Liqasında 31-ci tura start verilib. Futbolinfo.az xəbər verir ki, "İnter" doğma meydanda AZAL-ı 2:0 hesabı ilə məğlub edib. 
"İnter Arena"dakı qarşılaşmadan sonra keçirilən mətbuat konfransında açıqlama verən ev sahibi komandanın baş məşqçisi Kaxaber Sxadadze qələbəni belə şərh edib:
“Bu gün qələbə qazanmaq çox vacib idi. Görürsünüz ki, “Qəbələ” necə oyun sərgiləyir. Bütün bunları nəzərə alsaq, xal itirmək olmazdı. Oyunu çox ağıllı qurmuşduq. AZAL-ın 3 sürətli oyunçusu var ki, onlar əks hücuma əla çıxırlar. Biz də 3 mərkəz müdafiəçisi ilə oynayıb, AZAL tərəfdən gələ biləcək təhlükəni qarşılamış olduq. Daha sonra topu özümüzdə çox saxladıq və lazım olan vəziyyətlərdə qol vura bildik”.
(pfl.az)
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp