Bu gün Topaz Premyer Liqasında 31-ci tura yekun vurulub. Futbolinfo.az xəbər verir ki, "Qarabağ" evdə "Neftçi"ni 3:2 hesabı ilə məğlub edib.
"Bakcell Arena"dakı qarşılaşmadan sonra keçirilən mətbuat konfransında açıqlama verən Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov qələbəni belə şərh edib:
“Düşünürəm ki, hər birimiz üçün maraqlı bir oyun oldu. Stadionda necə əhval-ruhiyyə vardısa, oyun da elə alındı. Ağır bir qrafikdə oynayırıq. Həm “Neftçi”, həm də bizim üçün ağır görüş idi. Düşünürəm ki, bu qrafikdə uğurlu oyunlar sərgilədik. Həm kubokun finalına vəsiqə qazandıq, həm də çempionatda ardıcıl qələbələr qazandıq. Mən “Neftçi”ni təbrik etmək istəyirəm. Rəqib yaxşı oyun sərgilədi. Düşünürəm ki, azarkeşlər bu gün oyuna rəng qatdılar. Stadionda həm yaşlı, həm də gənc insanlar vardı. Bu gün keçirilən oyun gələcəkdə azarkeşlərin stadionlara gəlməsi üçün bir vasitə olacaq”.
(pfl.az)
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp