Bu gün Topaz Premyer Liqasında 31-ci tura yekun vurulub. Futbolinfo.az xəbər verir ki, "Qarabağ" evdə "Neftçi"ni 3:2 hesabı ilə məğlub edib.
"Bakcell Arena"dakı qarşılaşmadan sonra keçirilən mətbuat konfransında açıqlama verən qonaq komandanın baş məşqçisi Arif Əsədov məğlubiyyəti belə şərh edib:
“Maraqlı bir oyun izlədik. Oyunda 5 qol vuruldu. Əvvəlcə “Qarabağ” iki qol vursa da, sonradan biz toparlanıb, iki qol vurduq və hesabı bərabərləşdirdik. Daha sonra “Qarabağ” bir qol vurmağı da bacardı. Ardıcıl görüşlərdə fərdi səhvlərdən qollar buraxırıq. Bunu araşdırmaq lazımdı. Amma ümumilikdə götürsək, komandam yaxşı oyun sərgilədi”.
(pfl.az)
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp