Ötən gün Topaz Premyer Liqasında 31-ci tura yekun vurulub. Futbolinfo.az xəbər verir ki, "Qarabağ" evdə "Neftçi"ni 3:2 hesabı ilə məğlub edib.
"Bakcell Arena"dakı qarşılaşmada maraqlı anlar yaşanıb . Belə ki, oyun epizodunda qonaqların yarımmüdafiəçisi Erik Ramos ağdamlıların üzvü Riçard Almeydaya qarşı kobud oynayıb. Bunun müqabilində "Qarabağ"ın fanatları Ramosu söyüşə qonaq ediblər.
Maraqlıdı ki,  Ağdam klubunun kapitanı Rəşad Sadıqov öz azarkeşlərinə söyüş söyməməyi bildirib.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp