1-ci divizion təmsilçisi "Neftçala"nın baş məşqçisi Kamal Quliyevin futbolinfo.az saytına müsahibəsi.
 
– Çətin oyundan 3:1 hesablı qələbə ilə ayrıldız. Qarşılaşma barədə fikirlərinizi bilmək maraqlı olardı… 
– Oyundan əvvəl də demişdim ki, bizi çətin oyun gözləyir. Çünki "Rəvan" elita təcrübəsi olan komandadı. Burda oynayan futbolçuların məktəbi var. Rəqibə hörmətlə yanaşırdıq. Ədaləti oyun gözləyirdik. Hakimlər də bunun öhdəsindən gəldilər. İlk hissədə yaxşı oynamadıq. İkinci 45 dəqiqədə isə düzgün oynadıq. Fiziki cəhətdən rəqib bizdən geri qaldı. "Rəvan" 70-ci dəqiqədən sonra dayandı.
– Heç-heçə sizin üçün sərfəli nəticə ola bilərdimi?
– Hər şey bizim əlimizdə idi. Heç-heçə istəsəydim meydana 4-3-3 düzülüşü ilə çıxmazdıq. Qələbə üçün çalışırdıq.
– Ən yaxın izləyicinizlə aranızda artıq 8 xal fərq var. Demək olarmı ki, artıq çempionluğu təmin etdiz?
– Xeyr. Çünki qarşlda hələ 4 tur var. Futboldu, hər şey ola bilər. Ancaq işimizin öhdəsində 90 faiz gəlmişik.
– Elitaya necə, hazırsızmı?
– İndiki durumda hələ ki, Premyer Liqaya hazır deyilik. Klub rəhbərliyi də bu barədə söhbətimiz olub. Ustalıq səviyyəsi yüksək olan 4-5 futbolçu ilə danışıqlar aparılacaq. Bunlar həyata keçsə, yaxşı olacaq. Bizdə olan gənc futbolçular elita klublarında oynamağa qadir olanlardı.  
– Maraqlıdı, rəhbərlik sizinlə yola davam edəcək?
– Bu barədə söhbətimiz olmayıb. Yəqin ki, bu məsələyə yaxın günlərdə aydınlıq gələcək. Əsas olan qarşıma qoyulan hədəfə çatmaq idi. 4 il idi ki, "Neftçala" bu şansı tapa bilmirdi. İndi isə bir komanda olaraq bunun öhdəsindən gəldik. Mənimlə yolda davam etsələr də sağ olsunlar, etməsələr də. 
– Bəs siz necə, baş məşqçi kimi elitada mübarizə aparmağa özünüzü hazır hiss edirsiz?
– General olmaq istəməyən əsgər əsgər deyil. Böyük təcrübəyə malik olduğumu deməzdim. Mənə elə gəlir ki, "Neftçi"də çalışdığım 3 il ərzində və futbolçu vaxtlarında qazandığım təcrübə işimə yarayacaq. Biz komanda şəkilində Premyer Liqada oynamağa hazırıq. 
EMİN SƏFƏROV
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp