"Mançester Yunayted" rəhbərliyi qapıçı David De Xeaya növbəti dəfə yeni saziş təklif edib. Futbolinfo.az xəbər verir ki, İspaniya millisinin üzvü təklifi qəbul etməyib. "Mankunyanlar" De Xeaya məvacibini həftəlik 200 min funta qədər qaldırmağı təklif etmişdilər. Müqavilədə sərbəst qalma məbləğinin dəyişdirilməməsi qolkiperi narazı salıb.
 
Xatırladaq ki, "Real" da De Xea ilə yaxından maraqlanır. Bu səbəbdən MY onun ayrılıq ehtimalını nəzərə alaraq, rəhbərliyi ispan qapıçının boşluğunu doldurmaq üçün axtarışlara başlayıb. “Mankunyanlar" Lorisi heyətlərinə qatmaq istəyirlər. Fransızın komandası ilə olan sazişi 2019-cu ildə bitir. Əgər De Xea "Mançester Yunayted"in yeni müqavilə təklifini qəbul etməsə, rəhbərlik bütün diqqətini Llorisə yönəldəcək.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp