Çempionlar Liqasının 1/4 final mərhələsində PSJ ilə cavab oyunundan sonra UEFA “Barselona”nın oyunçularını qəflətən dopinq-testdən keçirib. Futbolinfo.az xəbər verir ki, bu haqda AS qəzeti yazıb. Qitə futbol qurumunun nümayəndələri qəflətən Kataloniya klubunun məşqinə təşrif buyurublar. 
 
"Barsa"nın 9 futbolçusundan – Andre Ştengen, Jerar Pike, İvan Rakitiç, Serxio Buskets, Xavi Hernandes, Andres İnyesta, Dani Alveş, Xordi Alba, Luis Suares və Lionel Messini dopinq analizi götürülüb.

Qeyd edək ki, UEFA mütəmadi olaraq belə gizlin, qəfil yoxlamaları çoxdan həyata keçirir. 

"Barsa" Çempionlar Liqasının yarımfinalında "Bavariya" ilə üz-üzə gələcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp