Marsel "Olimpik”inin forvardı Andre Ayyu karyerasını harada davam etdirəcəyi ilə bağlı yekun qərarını verib. Futbolinfo.az xəbər verir ki,
"L'equipe" nəşrinin xəbərində qanalı forvardın növbəti mövsümdən etibarən "Roma" forması geyəcəyi qeyd edilib. O, yayda azad agent status altında "canavarlar"a keçəcək. Artıq tərəflər arasında razılıq əldə olunub.
"Roma" ilə yanaşı, "Borussiya", "İnter" və "Spartak" Ayyu ilə yaxından maraqlanırdılar.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp