Ötən gün Topaz Premyer Liqasının 31-ci turu çərçivəsində “Qarabağ” “Neftçi”ni qəbul edib. Futbolinfo.az xəbər verir ki, qarşılaşmadan sonra flaqmanın hücumçusu Nikolas Kanales jurnalistlərin suallarını cavablandırıb.
Çilili hücumçu 2:3 hesablı məğlubiyyəti belə şərh edib:
– Qarşılaşma barədə fikrinizi bilmək maraqlı olardı…
– Yaxşı oynadığımızı deyə bilərəm. Amma düşündürücü məqamlar da var. Son 3 görüşdə 8 top buraxmışıq, bunu fikirləşmək lazımdı.

 
– Belə çıxır ki, müdafiə xəttində yer alan futbolçular işlərinin öhdəsindən gələ bilmirlər?
– Hər şeyi müdafiə xəttinin üzərinə yıxmaq olmaz. Topu almaq üçün yarımmüdafiə xəttində də pressinq tətbiq etmək lazımdı.
– Hesab 2:0 olandan sonra “Neftçi” oyunda dönüş yaratmağa başladı. Həmin ana qədər nə baş verirdi ki, ardıcıl qollar buraxdız?
– Sanki, hesaba reaksiya göstərirdik. Ancaq bundan öncə reaksiya göstərməli idik. 
– Bir neçə tur bundan əvvəl turnir cədvəlində “Qəbələ”dən çox irəlidə idiniz. “Neftçi” 2-ci yer uğrunda mübarizə aparırdı artıq 3-cü yer də əldən çıxa bilər…
– Hələ ki, 4 oyunumuz var və bu matçlarda çoxlu xallar qazana bilərik. Ona görə də bu qarşılaşmanı unudub, növbəti görüşləri düşünməliyik. 
– Komnadanız cari mövsüm “Qarabağ”la matçlarda qələbə qazana bilməyib. Bu cür oyunla ölkə kubokunun finalında qalib gələ biləcəksinizmi?
– Bu oyunla qalib gələ bilməyəcəyik. Amma onları udmaq mümkündü. 
–  İlk dövrəylə müqayisədə son matçlarda çoxlu qollara imza atır. Fərq nədədi?
– Keçən il fikir verdinizsə, demək olar ki, 6 ay oynamadım. Komandaya qoşulanda fiziki cəhətdən zəifləmişdim. Ondan sonra komandaya uyğunlaşdım və bu, indi də bu öz nəticəsini göstərir. 
– Mövsüm sonunda müqaviləniz başa çatır. Komandada qalmaq ehtimalınız, yaxud başqa təkliflər varmı?
– “Neftçi”dən yox, amma başqa ölkələrdən təkliflər var. 
– Azarkeşlərə nə demək istəyərdiniz. 
– Əlimizdən gələni etdik. Əsas odu ki, “Neftçi”yə inansınlar. Meydana çıxanda tək qələbə yox, inam da çox önəmlidi.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp