"Barselona"nın ulduz futbolçusu Dani Alves qondarma erməni soyqırımına dəstək verməklə  gündəmə gəlib. Futbolinfo.az xəbər verir ki, brazilyalı sosial şəbəkələrdən böyük təzyiq gəlincə geri addım ataraq türk azarkeşlərdən üzr istəyib.
Qondarma soyqırımın 100 illiyində müdafiəçinin əlində "Türkiyə, erməni soyqırımını tanıyın" sözlərini əks etdirən pankartla fotosu yayıldı. Amma bir gün sonra 32 yaşlı futbolçu səhvini başa düşərək, rəsmi "tvitter" hesabında "Türk azarkeşlərdən milyon dəfə üzr istəyirəm. Bu, fotonun kimlərəsə zərər verib, üzəcəyini düşünməmişdim. İnsanların üzüləcəyini yox, sülh istəyirəm" sözlərini deyib.
Daninin bu açıqlamasından da görünür ki, o, mənfur qonşularımızın uydurmalarını, yalanlarını təbliğ etdiyindən heç özünün də xəbəri olmayıb və bu addımı atdığı üçün peşmandı.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp