Ötən gün Topaz Premyer Liqasının 31-ci turu çərçivəsində “Qarabağ” “Neftçi”ni qəbul edib. Futbolinfo.az xəbər verir ki, qarşılaşmadan sonra Ağdam təmsilçisinin kapitanı Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb.
Təcrübəli müdafiəçi 3:2 hesablı qalibiyyəti belə şərh edib:
“Azarkeşlərin razı qaldığı bir oyun oldu. İki böyük komandanın matç idi. Hər iki tərəfin çox  yorğun olduğu hiss olunurdu. Buna baxmayaraq, baxımlı oyun alındı. İkinci hissəyə başlayanda çox yorğun idik. “Neftçi” hesabı bərabərləşdirdikdən sonra özümüzə gəldik və üçüncü qolu vurduq. Rəqib qırmızı vərəqə aldıqdan sonra daha rahat oynadıq. Hakim oyunu yaxşı idarə elədi. Hamı bilir ki, “Neftçi”nin mənim qəlbimdə böyük yeri var. Həm “Neftçi”, həm də “Qarabağ” mənim üçün doğmadı. Hər iki komandanın fanatlarını çox sevirəm". 
Sadıqov çempionluqla bağlı isə təmkinli danışıb: "Çempion olmağımıza hələ çox var. Bizi həm Qəbələdə, həm də Lənkəranda iki  çətin səfər oyunu gözləyir. Buna görə hələ rahatlaşmaq olmaz. “Qəbələ” komandasının irəliləyişi göz qabağındadı. Fikrləşirəm ki, “Qəbələ” gələn il favorit bir komanda olacaq”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp