Türkiyə PTT 1-ci Liqasında 29-cu turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycanın 21 yaşlılardan ibarət Azərbaycan millisinin üzvü Timur Təməltaşın şərəfini qoruduğu "Altınotdu" da növbəti matçına çıxıb.
Sözügedən komanda doğma publika önündə "Şanlıurfaspor"la üz-üzə gəlib. Görüş ev sahibi komandanın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Ehtiyyat oyunçular skamyasında əyləşən yarımmüdafiəçimiz isə 55-ci dəqiqədə meydana çıxıb və 90-cı dəqiqədə sarı vərəqə ilə cəzalandırılaraq, "fərqlənib".
Qeyd edək ki, "Altınordu" 41 xalla 9-cu pillədə qərarlaşıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp