Ötən gün Topaz Premyer Liqasında 31-ci tura start verilib. Futbolinfo.az xəbər verir ki, "Qəbələ" səfərdə "Xəzər Lənkəran"ı 1:0 hesabı ilə məğlub edib.
Lənkəran şəhər stadionundakı qarşılaşmadan sonra saytımıza müsahibə verən ev sahibi komandanın gәnc müdafiәçisi Elvin Mirzәyev məğlubiyyəti və aldığı qırmızı vərəqəni şərh edib:
– "Qәbәlә"yә birinci hissә müqavimәt göstәrsәniz dә, oyunu uduzdunuz. Matç haqqında fikirlәrin necәdi?
– "Qәbәlә" güclü rәqibdi. Tәsadüfü deyil ki,  8 oyunluq qәlәbә seriyaları var. Biz bu rәqibә qarşı yaxşı oynadıq. Qol imkanlarımız da var idi. Sadәcә istifadә edә bilmәdik. Onların isә demәk olar ki, 1 real qol vәziyyәti oldu vә bundan yararlanıb, qәlәbә qazandılar. Bu gün (ötən gün) biz tam heyәtlә mübarizә apara bilmirdik. Amma belә dә onlara layiqli müqavimәt göstәrdik. Doğma meydanda 3 xal qazanmaq  istәyirdik. Tәәssüf ki, azarkeşlәrimizi qәlәbә ilә sevindirә bilmәdik.
– Aldığınız qırmızı vәrәqә oyununuza nә dәrәcәdә tәsir etdi?
– Әvvәlcә komanda yoldaşlarımdan onları bu vәziyyәtdә qoyduğum üçün üzr istәyirәm. Çünki istәnilәn halda mәnim dә vәrәqәdә günahım var. Amma hakimlәr bu gün rәqib üçün әllәrindәn gәlәni etdilәr. "Xәzәr Lәnkәran" meydanda 11 yox, 12 nәfәrә qarşı oynayırdı. Onsuz da biz, gәnclәrlә oynayırıq. Hakimlәr qәrar vermәzdәn әvvәl bir az düşünmәlidirlәr.
– Sizә verilәn sarı vәrәqәlәrlə razılaşırsız?
– Әn çox ikinci sarı vәrәqәyә etirazım var. Mәncә, Rәhim Hәsәnov yanlış qәrar verdi. Diqqәtlә oyuna baxsanız, "Qәbәlә" dәfәlәrlә eyni hәrәkәti etdi. Lakin hakim onlara sarı vәrәqә vermәdi. Sәbәb nә idi?
– Amma baş mәşqçiniz Elbrus Mәmmәdov ilk sarı vәrәqәdәn daha çox narazılıq etdi…
– Onunla da razı deyilәm. Oyunda ilk qayda pozuntuma sarı vәrәqә verdi. Hakim oyunun әvvәlindә belә şey etmәmәlidi. Әvvәlcә xәbәrdarlıq etmәk lazımdı. Rәhim Hәsәnov isә bizim oyunçulara sarı vәrәqә ilә xәbәrdarlıq edirdi. İki mәrkәz müdafiәçisinә – Rasim Ramaldanova vә mәnә sarı vәrәqә vermәklә bizi çәtin duruma saldı.
– Rahid Әmirquliyev, Alfred Sanko vә Vyekoslav Tomiçin olmaması oyunuza nә dərəcədə tәsir etdi?
– Әlbәttә ki, çox tәsir etdi. Oyuna baxanda bilinirdi ki, kimlәr heyәtdә yoxdu. Onlar olsaydı, "Qәbәlә" burdan 3 xalla ayrıla bilmәzdi. Amma bu heyәt dә pis oynamadı. Sadәcә, nәsә çatmadı vә qırmızı vәrәqә tәsir etdi.
– Növbәti oyununuz sizin üçün әn asan rәqiblәrdәn  birinә – Bakıya qarşıdı…
– Mәn onlara asan rәqib demәzdim. Bakıda bizә çәtin olacaq. Amma qalib gәlmәyә çalışacağıq. 3 xal üçün daha yaxşı motivasiya ilә hazırlaşacağıq.
AĞA
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp