Ötən gün Topaz Premyer Liqasının 31-ci turu çərçivəsində “Qarabağ” “Neftçi”ni qəbul edib. Futbolinfo.az xəbər verir ki, qarşılaşmadan sonra flaqmanın hücumçusu Ernest Nfor jurnalistlərin suallarını cavablandırıb.
Kamerunlu futbolçu 2:3 hesablı məğlubiyyəti şərh edib:
 “Çətin oyun oldu. Çempionatın ən yaxşı matçlarından biri oldu. Məncə, “Qarabağ”a qarşı çox yaxşı çıxış etdik. Xırda səhvlərə yol verdik. Rəqib bizi asanlıqla əks-hücumlarda tuta bilirdi". 
O, çıxışını da dəyərləndirib: "Zədəmə görə 2 ay yarımdı ki, normal çıxış etmirdim. Mən meydana girəndə öz oynumu, adımı göstərməliyəm. Bu, zəifliyin əlaməti deyil. Bir nəfər azlıqda oynuyurduq. Belə görüşlərdə sarı vərəqə almaq çox asandı. Meydana çıxmışamsa, özümü yaxşı hiss edirəm. İndi daha çox işləməliyənm. Çünki digər futbolçular daimi olaraq məşq ediblər, ancaq mən xeyli müqddətdi ki, məşq etmirdim. 2 həftəyə əvvəlki formamı bərpa etməyə çalışacam”.
 
Forvard komandadakı gələcyi ilə bağlı bunları bildirib: “Komandadakı gələcəyim mənə maraqlı olan insanlarla bağlıdı. 29 yaşım var, komanda istəsə, müqaviləmi yeniləyə bilərəm. İstəməsələr, gedib, başqa komandada oynaya bilərəm. Hələ ki, gözləsəm də, təklif yoxdu”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp