Bu gün Topaz Premyer Liqasında 31-ci tura start verilib. Futbolinfo.az xəbər verir ki, "Qəbələ" səfərdə "Xəzər Lənkəran"ı 1:0 hesabı ilə məğlub edib.
Lənkəran şəhər stadionundakı qarşılaşmadan sonra saytımıza açıqlama verən qonaq komandanın seneqallı hücumçusu Viktor Mendi matç haqqında fikirlәrini bildirib: 
"Çәtin oyun oldu. Bu matça da 3 xal üçün çıxmışıq. Sevinirәm ki, qәlәbә qazandıq. 8 oyunluq qәlәbә seriyamızı davam etdirdik. Hәr oyunda qәlәbә qazandıqca ,baş mәşqçimiz bizdәn daha yaxşısını tәlәb edir. Ona görә yüksәk motivasiya ilә oyunlara hazırlaşırıq. "Xәzәr Lәnkәran" pis oynamadı. Sadәcә, biz dә yaxşı oynadıq vә imkanlarımızı dәyәrlәndirdik. Әn çox danışılan isә qәlәbә seiyamızdı. Amma bunun önәmi yoxdu. Borcumuz hәr matçdan 3 xalla ayrılmaqdı".
Forvard "Xәzәr Lәnkәran"ın hakimlikdәn narazı olmasına belә şәrh  verib: "Biz daha yaxşı oynadıq vә qәlәbә qazandıq. Rәqib komandanın narazılığı haqqında isә heç nә deyә bilmәrәm. Çünki hakimi müzakirә etmәk bizә düşmәz. Fikrimcә, referi yaxşı oyun idarә etdi".
Mendi növbәti turda "Qarabağ"a qarşı keçirәcәklәri oyundan da danışıb: "Çәtin matç olacaq. Hәmin oyuna da 3 xal üçün çıxacağıq. İnanıram ki, bu çәtin vә vacib qarşılaşmada da qalib gәlә bilәcәyik".
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp