Xorvatiya çempionatının elitasında (1. NHL) 30-cu turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Ruslan Qurbanovun şərəfini qoruduğu "Hayduk" da növbəti matçına çıxıb.
Split təmsilçisi səfərdə "Belupo" ilə üz-üzə gəlib. Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Futbolçumuzun adı oyunun iştirak ərizəsinə salınmayıb.
Qeyd edək ki, "Hayduk" 37 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp